Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında “SABAH Magistratura” proqramı çərçivəsində yeni yaradılmış təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasına aid təhsil proqramının müzakirəsi keçirilib.
Tədbirdə təhsil proqramının məzmun hazırlığı zamanı beynəlxalq standartlara baxılıb, ölkə ehtiyacları nəzərdən keçirilib. Gələcəkdə məzunların xaricdə doktorantura təhsili alacağı zaman onlara rahat olması üçün proqramdakı dərs adları beynəlxalq standartlara uyğunlaşdırılıb. İclasda müzakirə olunan məsələlərdən biri də statistik təhlil və tədqiqat metodlarına üstünlüyün verilməsi olub.
Görüşdə institutun direktoru Rüfət Əzizov, şöbə müdiri Səbinə Babayeva, strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı, ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Magistratura və doktorantura şöbəsinin müdiri İbrahim Bayramov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri Rəşad Sadıqov iştirak ediblər. Layihənin eksperti Azər Abizadə isə görüşə onlayn qoşulub.
Tehsil-press.az