Almaniya Prezidenti Müslüm Gürses mahnısı dinlədi - Video
Almaniya Prezidenti Frank Valter Şteynmeyer Türkiyə ilə imzalanan işçi qüvvəsi müqaviləsinin 60-cı ildönümü tədbirinə qatılıb. Prezident tədbirin sonunda sənətçilərin ifa etdiyi Müslüm Gürsesin “Sevda yüklü karvanlar” mahnısını böyük zövq alaraq dinləyib. Tədbirə həyat yoldaşı ilə qatılan Şteynmeyer türklərin ölkəni zənginləşdirdiklərini deyib.