Rus alim, həyat yoldaşı və oğlu casusluq ittihamı ilə həbs ediliblər

Rus alim, həyat yoldaşı və oğlu casusluq ittihamı ilə həbs ediliblər Bolqarıstanın Stara Zagora şəhər Məhkəməsi, rusiyalı alim Sergey Zonenkonu sənaye casusluğu iddiası ilə həbs edib.
Yerli "Monitor" nəşrinin verdiyi məlumata görə, alimin Litva vətəndaşı olan həyat yoldaşı Olqa və oğlu Benjamin də saxlanılıb.
Bolqarıstan hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Zonenko ailəsi səkkiz ildir ki, Bolqarıstanda yaşayıb və "Arsenal" hərbi zavodunda işləyiblər. 60 yaşlı alim nüvə reaktorlarının təhlükəsizlik problemlərini araşdırıb və zavodda "sursat komplektləşdimə"yə rəhbərlik edib. Həyat yoldaşı isə dizayner işləyib.
Ailənin üç üzvü də oktyabrın 5-də Yunanıstanla sərhəddə saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, onlar sentyabrın 17-dək ödənişsiz məzuniyyətə çıxıb və sonra işə qayıtmayıblar.
Hadisə ilə bağlı zavodda aparılan araşdırma nəticəsində məlum olub ki, şirkət üçün son dərəcə əhəmiyyətli, xarici rəqibləri maraqlandıran məlumatların olduğu məhsul və sənədlər itib.

Tehsil-press.az

Oxşar xəbərlər