Yəməndə terror törədildi, zabitlər öldü

Yəməndə terror törədildi, zabitlər öldü Yəmən Daxili İşlər Nazirliyinin üç zabiti ölkənin şərqində törədilən terror aktı nəticəsində həlak olub.
Bu barədə “Saba” agentliyi məlumat yayıb. Məlumata görə, partlayış Səna şəhərindən 700 kilometr məsafədə yerləşən Seyyun şəhərində törədilib. Terrorçular DİN işçilərinin avtomobilinə əldəqayırma partlayıcı qurğunu yerləşdiriblər və polislər maşına əyləşərkən onu partladıblar. Hazırda cinayətkarların axtarışları aparılır.
Daxili İşlər Nazirliyi vətəndaşları istənilən şübhəli şəxslər barədə məlumat verməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər