Rusiyanın "RİA Novosti" xəbər agentliyi, Rusiya, Azərbaycan və Ermənistanın ruhani liderlərinin Moskvadakı üçtərəfli görüşündən sonra yayılan bəyanatının yekun mətnini təhrif edib.
Patriarx Kirill çərşənbə günü Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. Görüşdən sonra Həzrət Patriarx Kirill bir bəyanatı oxuyub. Bəyanatın mətni Moskva Patriarxlığının rəsmi saytında dərc edilib.
Bəyanatda, o cümlədən deyilir ki, “Qafqaz hər zaman ozündə çoxlu xalqlar, dillər və mədəniyyətlərin özündə birləşdirən bir məkan kimi məşhur idi. Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcəyi yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, yenidən qonşuya hörmətlə yanaşmaq və və qarşılıqlı yardıma hazır olmağını öyrənmək xüsusilə vacibdir. Belə bir yanaşmanın açarı dini ziyarətgahlara, tarixi abidələrə və qəbiristanlıqlara hörmətlə yanaşmaqda, fərqli inanclı insanların dini hisslərinə hörmət etməkdə, ölənlərin xatirəsinin diqqətlə qorunmasındadır".
Lakin bu bəyanat əsasında xəbər hazırlayan "RİA Novosti" jurnalistləri abidələr və qəbiristanlıqlar hissəsinə diqqət yetirərək bəyanatının mətnini təhrif ediblər.
"Onlar həmçinin Dağlıq Qarabağdakı ibadət obyektlərinə, qəbiristanlıqlara və tarixi abidələrə hörmət etməyə çağırıblar", - agentlik yazır.
Qeyd edək ki, bəyanatda "Dağlıq Qarabağ" sözü ümumiyyətlə qeyd olunmayıb.
Tehsil-press.az