BDU-da elmi seminar: Azad iradə və əxlaqi məsuliyyət

BDU-da elmi seminar: Azad iradə və əxlaqi məsuliyyət Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda seminar keçirilib.
Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova və TEC sədri Zeynəb Rəşidova çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar.
Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseynov “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda təqdimatla çıxış edib. Məruzədə XX-XXI əsrləri əhatə edən müasir Qərb fəlsəfəsi üzrə problemə aid düşüncə istiqamətləri, iradə anlayışının bütün aspektləri, azad iradə ilə bağlı bir çox istiqamətlərdə aparılan tədqiqatlardan bəhs edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər