ABŞ-ın Azərbaycandakı səfirliyinin İqtisadiyyat şöbəsinin müdiri Dryu Lebkürer Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində olub.
Görüşdə Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov qurumun fəaliyyəti və strukturu barədə qonağa məlumat verib və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində əqli mülkiyyət sahəsində ölkəmizin nailiyyətlərini diqqətə çatdırıb. O, keçən illər ərzində ABŞ nümayəndələri ilə görüşləri xatırladaraq Agentliyin ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, hazırda Azərbaycanda ABŞ-ın hüquqi və fiziki şəxslərinə məxsus çoxsaylı əqli mülkiyyət obyektlərinin qorunduğunu, o cümlədən “Microsoft”, “Oracle” və “Trimble” şirkətləri daxil olmaqla ABŞ şirkətlərinin proqram təminatı məhsullarının ölkəmizdə hüquqi qorunmasına diqqət verildiyini bildirib.
Sədr müavini ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) ilə birlikdə Azərbaycanda əqli mülkiyyət sahəsində ictimai məlumatlılığın artırılması üçün keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək Agentliyin bu sahədə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüş üçün təşəkkürünü bildirən D.Lebkürer Azərbaycanda həyata keçirilən islahatların ölkədə baş verən transformasiyalara müsbət təsir etdiyini söyləyib. O, əqli mülkiyyət sahəsinin ABŞ xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edərək Agentlik ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Qonaq Agentlik tərəfindən görülmüş işlərə görə təşəkkürünü çatdıraraq ABŞ-ın ölkəmizdəki səfirinin buna yüksək dəyər verdiyini bildirib.
Görüşdə Agentliyin CLDP çərçivəsində, həmçinin ABŞ-ın dövlət və özəl qurumları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tehsil-press.az