ABŞ Dövlət Departamenti kibertəhlükəsizlik idarəsi yaradır

ABŞ Dövlət Departamenti kibertəhlükəsizlik idarəsi yaradır ABŞ Dövlət Departamenti yeni kibertəhlükəsizlik idarəsi yaratmaq barədə qərar qəbul edib.
Bu barədə Dövlət katibi Entoni Blinken məlumat verib. Məqsəd amerikalı diplomatların informasiya təhlükəsizliyini təmin etməkdir. Yeni idarə 3 istiqamətdə - beynəlxalq kibertəhlükəsizlik, beynəlxalq rəqəmsal siyasət və rəqəmsal azadlıq sahələrində fəaliyyət göstərəcək. İdarənin rəhbərlərini ABŞ Senatı səfirlərin arasından seçəcək.
Entoni Blinken məsələnin təfərrüatlarını yaxın günlərdə elan edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər