Türkiyənin sevilən mərhum sənətçisi Ahmet Kayanın Parisdəki məzarı hücuma məruz qalıb. 2000-ci ildə vəfat edən müğənninin qəbir daşları qırılıb. Hücumun kimlər tərəfindən həyata keçirildiyi bilinmir. Ancaq məzarı ziyarət edənlər hücumun yeni olduğunu bildiriblər.