BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında

BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında Orta məktəblərin 5-ci siniflərində pilot şəkildə tədris olunmağa başlayan Təbiət fənni dərsliyinin müəllifləri arasında Bakı Mühəndislik Universitetinin (BMU) pedaqoji fakültəsinin əməkdaşları da yer alıb.
Belə ki, pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev, Kimya-biologiya kafedrasının müdiri Elmar İmanov və kafedranın baş müəllimi Elşad Yunusov kitabın müəllifləri sırasındadırlar.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən tərtib olunan Təbiət (Science) dərsliyi tədqiqat əsaslı öyrənməyə və təbiət fənlərinin (fizika, kimya, biologiya, coğrafiya) inteqrasiyasına əsaslanır.
“Təbiət-5” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər