Azərbaycan Texniki Universitetinin professoruna regional seminarda sertifikat təqdim olunub

Azərbaycan Texniki Universitetinin professoruna regional seminarda sertifikat təqdim olunub Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə “Eşitmə qüsuru olan şəxslər üçün informasiya-kommunikasiya texnologiyalarının tədrisi üzrə təcrübə” mövzusunda onlayn regional seminar keçirilib.
Seminarda ali məktəbi Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov təmsil edib.
Azərbaycan, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistandan 70-dən çox nümayəndənin iştirak etdiyi seminarın sonunda Tofiq Mansurova sertifikat təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər