Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dövlət Test Mərkəzinin direktoru Məcid Kərimov, həmçinin iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə onlayn görüş keçirilib.
Görüş Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı ilə başlayıb və iki qurum arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Dövlət Test Mərkəzinin (DTM) direktoru Məcid Kərimov öz nitqində hər iki qurumun qiymətləndirmə sahəsində təcrübə mübadiləsinin önəmli olduğunu və DİM-DTM əməkdaşlığının ölkələr üçün fayda gətirəcəyini qeyd edib.
Daha sonra DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev və DTM-in direktor müavini Şerzod Batirov DTM nümayəndələrinin DİM-in fəaliyyəti ilə yaxından tanış olması məqsədilə 2019-cu il dekabrın 2-4-də Bakı şəhərinə işgüzar səfəri barədə məlumat veriblər.
Görüş DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva və Statistik araşdırmalar, elmi layihələndirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginovun əməkdaşlıq fəaliyyətinə dair çıxışları ilə davam edib.
Tədbirdə DİM ilə DTM arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər aşağıda qeyd edilən istiqamətlər üzrə təcrübə mübadiləsi aparmağı razılaşdırıblar:
-Testlərin hazırlanma prosesi;
-Markerlərin təlimi və qiymətləndirmə meyarlarının hazırlanması;
-Şagirdlər, tələbələr və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanması;
-İmtahanların təşkili prosedurları (yerli və beynəlxalq imtahanlar);
-İmtahanlara dair informasiya texnologiyaları infrastrukturu və məlumatların qorunması;
-Elmi-tədqiqat məqalələrinin dərc edilməsi;
-Qəbul və seçim prosesi;
-Kurikulumlar, dərsliklər və qiymətləndirmənin inkişafı istiqamətində islahatlar aparılması.
Görüşün sonunda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını ortaq mənəvi dəyərlərdən irəli gələn möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Xüsusən 2019-cu ildə Özbəkistanın nümayəndə heyəti ilə keçirilmiş səmimi görüş iki ölkə arasında qiymətləndirmə sahəsində əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb.
Qeyd edək ki, Özbəkistan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 14 may tarixli qərarı ilə yaradılmış Dövlət Test Mərkəzi ali məktəblərdə ali təhsilin bakalavriat səviyyəsinə, Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsinə, Daşkənd Tibb Akademiyasının Hərbi tibb fakültəsinə, Özbəkistan Respublikası Silahlı Qüvvələr Akademiyasına, Bank Maliyyə Akademiyasına tələbə qəbulunu həyata keçirir.
Tehsil-press.az