Martın 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumatlandırıcı tədbir keçirilib.
Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşı Vasif Cəfərov proqramın mahiyyətindən danışıb. Qeyd olunub ki, təqaüd proqramı Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında aparılır. O, həmçinin proqrama qoyulan seçim meyarları, müraciət qaydaları, ilkin test mərhələsi və müsahibə mərhələsi barədə tələbələrə məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az