UFAZ-da Cənubi Qafqazın əsas nəqliyyat mərkəzləri haqqında mühazirə oxunacaq

UFAZ-da Cənubi Qafqazın əsas nəqliyyat mərkəzləri haqqında mühazirə oxunacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) noyabrın 7-də Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin müəllimi, memar Fəridə Qasımova “Bakı - Cənubi Qafqazın ən böyük tarixi nəqliyyat mərkəzi” mövzusunda mühazirə oxuyacaq.
Mühazirədə Cənubi Qafqazın əsas nəqliyyat mərkəzlərinin - Bakı Dəmir Yolu Vağzalı, Hava Limanı, Dəniz Ticarət Limanı və digər obyektlərin yaranmasından və memarlıq tarixindən danışılacaq. Eyni zamanda, Bakının nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində son nailiyyətlər təqdim olunacaq.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər