Peşə təhsili üzrə yeni proqramların və təlim materiallarının tətbiqi ilə bağlı təlim

Peşə təhsili üzrə yeni proqramların və təlim materiallarının tətbiqi ilə bağlı təlim Peşə təhsili üzrə yeni hazırlanan təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı təlim keçirilib.
Onlayn qaydada təşkil olunan təlimin məqsədi təhsil proqramlarının (kurikulumların) strukturu və hazırlanması, onların tətbiqi, tədris planları, dərs cədvəllərinin tərtibi, dərs bölgüsü, istehsalat təliminin təşkili, təhsilalanların qiymətləndirilməsindən ibarət olub. Təlimdə ümumilikdə 31 peşə məktəbindən 35 nəfər iştirak edib. İştirakçılar tədris prosesində təhsil proqramları və materiallarının istifadə edilməsi, həmçinin proqramlar üzrə attestasiya qaydalarının düzgün tətbiqi və jurnallarda müvafiq qeydlərin düzgün aparılması haqqında məlumatlandırılıb. Peşə təhsilinin məzmunu ilə bağlı tətbiq edilən yeniliklər və dəyişikliklərlə tanış olublar. Mövzu ətrafında müzakirələr aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər