“UniLab” layihəsi çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər müzakirə edilib

“UniLab” layihəsi çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər müzakirə edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib.
Onlayn formatda keçirilən görüşdə layihə çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.
Eyni zamanda, layihə ilə bağlı görüləcək cari işlər, eləcə də tərəfdaş şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “ Tələbə portalı” barədə təqdimatla çıxış ediblər. Rusiya və Belarus universitetləri tərəfindən hazırlanan modulların tərcümə edildikdən sonra layihə tərəfdaşlarına təqdim olunacağı bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər