Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində “Qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn seminar təşkil edib.
Tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla Əl-Şəmsi ölkəsinin qadın hüquqlarına dair Mili Strategiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, mərhum Şeyx Zayed bin Sultan Əl-Nəhyanın dövründə, qurulduğu gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə, xüsusilə də böyük və sürətli dəyişikliklərin şahidi olub. Ölkədə qadınların cəmiyyətdə iştirakına və onların hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Müvəqqəti işlər vəkili vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Konstitusiyası bütün vətəndaşları üçün bərabər hüquqlara zəmanət verir və ölkədə qadınlar kişilərlə eyni hüquqi statusa malikdirlər, onların mülkə sahib olmaq, təhsil almaq və əmlaka varis olmaq hüququ kişilərlə eynidir. Dünya Bankının qadınlar, biznes və hüquq üzrə 2020-ci il hesabatında BƏƏ-nin iqtisadiyyatı dünyanın ən yaxşı on iqtisadiyyatı arasında yer alıb və gender bərabərliyi indeksində ən böyük irəliləyişə nail olub.
“BƏƏ-də 1975-ci ildə Əlahəzrət Şeyxa Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin təsis edildiyi gün ölkədə Qadınlar Günü qeyd edilir”, - deyə Abdalla Əl-Şəmsi bildirib.
O, həmçinin əlavə edib ki, BƏƏ humanitar böhranlarda həyata keçirilən bütün BƏƏ-nin maliyyələşdirdiyi humanitar proqram və layihələrin bir hissəsi kimi qadınların və qızların müdafiəsinə BƏƏ-nin öhdəliyini artırmaq məqsədi daşıyan “100 faiz qadınlar” siyasəti də hazırlayıb.
Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxışında mövzunun aktuallığını vurğulayaraq bildirib ki, dünyada insan hüquqları, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da son illərdə bu istiqamətdə intensiv işlər görülür. O, bu seminarın təşkilində tələbələrin rolunu xüsusilə qeyd edib və gənc nəsildə gender barədə daha ədalətli fikirlərinin formalaşmasını hədəfləyən bu mühüm təşəbbüsə görə BƏƏ səfirliyinə təşəkkürünü bildirib.
Tədbir ərəbdilli tədqiqatçıların çıxışı ilə davam edib.
Tehsil-press.az