Cəfər Cəfərov: Bu il Pedaqoji Universitetə tələbə qəbulu planı 97,6 faiz dolub

Cəfər Cəfərov: Bu il Pedaqoji Universitetə tələbə qəbulu planı 97,6 faiz dolub Hər il olduğu kimi, cari ildə də Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) tələbə qəbulunun nəticələri ürəkaçan olub.
Bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən ADPU-nun 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə rektor Cəfər Cəfərov bildirib.
Rektor deyib: “Hazırda ölkənin 21 ali məktəbində müəllimlik ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsinə baxmayaraq, cari tədris ilində ADPU-ya 2475 yerlik tələbə qəbulu planı 97,6 faiz dolub. Qəbul olanlardan 1730 nəfərin (73,4 faiz) topladığı balsa 400-dən yuxarı olub. Qəbulun 66 faizi dövlət sifarişi əsasında həyata keçirilib ki, bu da keyfiyyət göstəriciləri haqqında müsbət fikir söyləməyə imkan verir”.

Tehsil-press.az



Oxşar xəbərlər