2021-ci ilin 23 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq, “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “Pedaqoi fakültənin fəaliyyəti haqqında”, “Magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi haqqında” hesabatlar dinlənilib.
Hesabatlarda cari semestrdə imtahan sessiyasına hazırlıqla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarları, Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarından irəli gələn vəzifələr, bununla əlaqədar olaraq MDU rektorunun “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli müvafiq əmri ilə struktur bölmələrə verilən konkret tapşırıqlar, onların icrası vəziyyəti, Pedaqoji fakültədə və ali təhsilin magistratura səviyyəsində tədrisin keyfiyyəti, elmi fəaliyyət və tələbələrlə iş sahəsində görülən işlər haqqında ətraflı məlumatlar verilib.
Müzakirələrdən sonra, COVID-19 pandemiyasının davam etdiyi bir dövrdə ənənəvi tədrisə qayıtmaqla əlaqədar olaraq cari payız semestri üzrə dərslərin fərqli təhsil şəraitində hibrid formatda keçdiyini qeyd edən rektor, MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların yüksək həmrəyliyi və böyük əməyi sayəsində tədris prosesinin uğurla təşkil edildiyini və imtahan sessiyasına hazırlığın qənaətbəxş səviyyədə olduğunu bildirib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq tapşırıqlarını verib. Hər üç hesabat Elmi Şura üzvləri tərəfindən qəbul edilib.
2021-ci təqvim ilində Elmi Şuranın sonuncu iclasının keçirildiyini vurğulayan Ş.Bayramov yekunlaşmaqda olan cari il ərzində MDU-da bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən, baş verən keyfiyyət dəyişikliklərindən danışıb, daxil olan çoxsaylı rəylərə əsasən universitetin ölkəmizin ali təhsil xəritəsindəki mövqeyinin yaxşılaşmasında nəzərəçarpacaq müsbət dinamikanın formalaşdığını qeyd edib.
Tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, sənaye ilə işbirliyi, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər istiqamətlərdə universitetdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verən Ş.Bayramov pandemiya şəraitində cari təqvim ilində tədrisin davamlılığının təmin edilməsini, müxtəlif elm sahələri üzrə bir qrup universitet əməkdaşının elmi dərəcələrə və elmi adlara layiq görülməsini, tələbələrin respublika miqyasında keçirilən yarışmalarda uğurlu nəticələr göstərmələrini, gənclərin startap fəaliyyətinə aktiv cəlb edilməsini, Türkiyə və Ukraynanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsini, yerli və xarici tərəfdaş ali təhsil müəssisələri, eləcə də sənaye ilə əməkdaşlıq çərçivəsində çoxlu sayda qarşılıqlı faydalı birgə tədbirlərin və layihələrin həyata keçirilməsini, Tələbə Vətənpərvərlik İnkişafı, Karyera və İnkişaf mərkəzlərinin yaradılmasını, universitet layihəsinin Təhsil Nazirliyinin qrantına layiq görülməsini, MDU tarixində ilk elmi jurnalın təsis edilməsini və ilk beynəlxlaq elmi konfransın keçirilməsini xüsusi olaraq vurğulayıb.
Universitet tarixində əlamətdar hadisələrdən hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalın yaradılması və uğurla fəaliyyət göstərməsinə, “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkilinə diqqəti çəkən rektor MDU-nun prioritetlərindən bəhs edib, növbəti təqvim ilində universitetin qarşısında duran vəzifələr və əsas gözləntilər barədə məlumat verib.
Cari məsələlərin müzakirəsi ilə davam edən Elmi Şuranın iclasında “İnsan Resursları şöbəsinin Əsasnaməsi” və “Daxili Nəzarət şöbəsinin Əsasnaməsi” layihələri qəbul edilərək təsdiq olunub.
Sonra, MDU-nun strukturunun təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması məqsədilə rektorun müvafiq əmri ilə yaradılmış İşçi Qrupunun yeni təkliflərinə baxılıb. Milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, dünya ali təhsil məkanında baş verən dəyişiklikləri, universitetin strateji hədəflərini, qabaqcıl yerli və beynəlxalq təcrübəni, müasir və daha səmərəli idarəetmənin təmin edilməsinin zəruriliyini nəzərə alaraq təqdim edilən təkliflər əsasında, MDU-da İnformasiya Texnologiyaları fakültəsinin yaradılması, Mühəndislik fakültəsinin yenidən qurulması, Pedaqoji fakültənin Təhsil fakültəsi adlandırılması, Magistratura və Doktorantura Təhsil Mərkəzinin, Dayanıqlı İnkişaf və Regional innovasiyalar Tədqiqat Mərkəzinin yaradılması haqqında qərarlar qəbul olunub.
Eyni zamanda, sözügedən qərarların icrasının təmin edilməsi, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə Elmi Şuranın müvafiq qərarlarına əsasən bir sıra İşçi Qrupları yaradılıb.
İclasda növbəti təqvim ilində universitetin akademik və inzibati heyət üzvlərinin təlim və təcrübə proqramlarında iştirak məqsədilə tərəfdaş Türkiyə universitetlərinə göndərilməsi barədə təklif müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Daha sonra, ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas gətirilməklə, Elmi Şura universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əmək haqlarının orta hesabla 20 faiz artırılması barədə qərar qəbul edib.
COVID-19 infeksiyasına qarşı mübarizənin davam etdiyini qeyd edən Ş.Bayramov universitetin tələbə və müəllim kollektivini müvafiq dozalar üzrə vaksinasiya prosesində daha fəal iştiraka və xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırıb.
İclasın sonunda rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıb.
Tehsil-press.az