Aşqarlar Kimyası İnstitutunun doktorantı Lissabon Universitetində elmi araşdırmalarını davam etdirir

Aşqarlar Kimyası İnstitutunun doktorantı Lissabon Universitetində elmi araşdırmalarını davam etdirir Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudov Portuqaliyanın Lissabon Universitetində elmi tədqiqatlarını davam etdirir.
Doktorant Lissabon Universitetinin elmi işçisi kimya elmləri doktoru Kamran Mahmudovun rəhbərliyi altında dissertasiya mövzusuna uyğun olaraq zərif üzvi sintez üsulları, yeni üzvi birləşmələr və onların müxtəlif metal komplekslərinin sintezi və tədqiqi ilə bağlı araşdırmalar aparır. O, ilk mərhələdə aldığı yeni maddələrin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərini yerinə yetirib, həmin cihazlarda işlənmə prinsipləri ilə bağlı əlavə təcrübi biliklər qazanıb. Doktorant hazırda növbəti mərhələ üçün metal komplekslərin alınması istiqamətində araşdırmalarını davam etdirir.
Qeyd edək ki, İbadulla Mahmudovun elmi rəhbərləri - kimya elmləri doktoru Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru Yusif Abdullayevlə həmmüəllif olduğu məqalə yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunub.

Tehsil-press.az


Oxşar xəbərlər