Mədəniyyət və İncəsənət Universitetində “ADMİU TV” yutub kanalının təqdimatı olub

Mədəniyyət və İncəsənət Universitetində “ADMİU TV” yutub kanalının təqdimatı olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “ADMİU TV” yutub kanalının təqdimat mərasimi keçirilib.
Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq universitet həyatının geniş ictimaiyyətə çatdırılması baxımından yutub kanalının önəmindən danışıb.
“Hər kəs bilir ki, ADMİU-nun təhsil həyatı, ictimai və mədəni fəaliyyəti çox genişdir. Fikrimcə, bu fəaliyyətimizi böyük auditoriyaya da çatdırmaq lazımdır. Bizim konsertlərimizi, filmlərimizi, tədbir və tamaşalarımızı yalnız universitetdaxili kollektiv görür. Ancaq bizim respublikanın hər yerində, eləcə də dünyanın bir çox ölkələrində yaşayan, fəaliyyət göstərən məzunlarımız var. Onlar da məzunu olduqları universitetlə maraqlanırlar. Sevindirici haldır ki, açılan yutub kanalı vasitəsilə hər kəs bu gözəl layihələri izləmək imkanı əldə edəcək. İnanıram ki, bu kanal tələbələr arasında da sağlam rəqabətə səbəb olacaq”, - deyə rektor bildirib.
ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Sədaqət Əliyeva, kafedra müdirləri Əli Əmirli, Rafiq Quliyev, Əməkdar müəllim Məryəm Babayeva, dosent Sevil Kərimova, Xalq artisti Teyyub Aslanov, “SABAH” qruplarının rəhbəri Bella Talıbova, Teatrşünaslıq kafedrasının müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, tələbələr Yusif Cəfərbəyli və Xanım Abdullayeva çıxış edərək yutub kanalının tələbələr üçün də ayrıca stimul olacağına inandıqlarını bildiriblər.
Tədbirdə ADMİU-nun elmi-mədəni həyatını əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər