UNICEF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin monitorinqləri bölgələrdə davam edir

UNICEF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin monitorinqləri bölgələrdə davam edir Təhsil Nazirliyi və Təhsil İnstitutunun BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi çərçivəsində Gəncə şəhəri, Qobustan, Ağsu, Goranboy rayonlarında monitorinqlər keçirilib.
Monitorinq qrupu layihənin birinci komponenti istiqamətində dərslərin təşkili, şagirdlərin öyrənmə dinamikası və dərslərdə iştirakı, onlar üçün yaradılan şəraiti izləmək məqsədilə 2-8-ci siniflərdə keçirilən əlavə məşğələlərdə iştirak edib. Məlum olub ki, şagirdlərin müntəzəm şəkildə əlavə məşğələlərdə iştirakı onların dərsə marağını və fəallığını artırır. Bu da öz növbəsində öyrənmə boşluqlarını tədricən aradan qaldırır.
Qeyd edək ki, layihənin həyata keçirildiyi bütün bölgələrdə monitorinqlər iyun ayına kimi davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər