Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İradə Hüseynova akademiyanın Lənkəran Regional Elmi Mərkəzində (LREM) aparılan elmi-tədqiqat işləri ilə yerində tanış olmaq, mərkəzin 2021-ci ildəki elmi və elmi-təşkilati hesabatının yekunlarının müzakirəsinə həsr edilmiş iclasda iştirak etmək məqsədilə Lənkəran şəhərində ezamiyyətdə olub.
Səfər çərçivəsində əvvəlcə LREM-in 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş və ölümündən sonra Prezident İlham Əliyev tərəfindən 4 medalla təltif edilmiş əməkdaşı Məhsun Bağırzadənin barelyefi önünə gül dəstələri qoyulub, xatirəsi anılıb.
Sonra akademik İradə Hüseynova Lənkəran Regional Elmi Mərkəzinin rəhbərliyi ilə görüşüb. LREM-in 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının yerinə yetirilməsi istiqamətində çətinliklərin aradan qaldırılması, AMEA-nın institutları ilə daha sıx əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatlara və kadr hazırlığına diqqətin artırılması ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və LREM-in Elmi şuralarının Lənkəran Regional Elmi Mərkəzinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr edilmiş birgə iclası keçirilib.
İclasda akademik İradə Hüseynova 2021-ci ildə ölkənin və AMEA-nın həyatında baş vermiş ən mühüm hadisələr haqqında LREM-in Elmi şura üzvlərinə və qonaqlara geniş məlumat verib.
Akademik İradə Hüseynova “Həyat elmləri və biotibb” jurnalının Qarabağa həsr edilmiş 2-ci (2021) nömrəsini, eləcə də Zəfər Günü və şəhidlərimizin xatirəsinə həsr olunmuş II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin dərc edilmiş materiallarını mərkəzə hədiyyə edib.
İclasda LREM-in direktoru aqrar elmlər doktoru, professor Fərman Ağayev mərkəzin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələrinə həsr edilmiş geniş təqdimatla çıxış edib. Təqdimatda 2 istiqamət - biologiya və aqrar elmləri, daha sonra ictimai və humanitar elmlər üzrə LREM tərəfindən görülmüş işlər, əldə edilmiş nailiyyətlər, elmi koordinasiya məsələləri, mövcud problem və çətinliklər əhatə olunub. Natiq qeyd edib ki, sitrus və subtropik bitkilərin, çay bitkisinin, regiondan toplanmış nadir, endemik, itmək təhlükəsində olan yabanı və mədəni bitki müxtəlifliyinin kolleksiya genefondu LREM-in öz sahəsi olmadığından Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialının ərazisində toplanılır, tədqiq olunur, artırılır, çay, limon, naringi və s. bitkilər üzərində seleksiya işləri aparılır.
Professor Fərman Quliyev, o cümlədən əldə edilmiş seleksiya nailiyyətləri, çay, subtropik və sitrus bitkilərinin yeni sortlarının alınması ilə bağlı aparılan tədqiqatlardan danışıb.
Sonra Fərman Quliyev LREM tərəfindən aparılan introduksiya tədqiqatları, AMEA-nın Botanika İnstitutu ilə birgə Şamaxı və Lənkəran rayonlarının meşə ekosistemlərində nadir bitki növlərinin populyasiyalarının vəziyyətinin qiymətləndirilməsindən alınan nəticələr barədə məlumat verib.
Daha sonra arxeologiya, numizmatika, folklor üzrə tədqiqatlar müzakirə mövzusu olub. Azərbaycanın böyük tarixi potensiala malik cənub-şərq regionunda arxeoloji qazıntılardan əldə edilmiş materialların, antropoloji tapıntıların araşdırılmasında, yeni ekspedisiyaların təşkilində, kurqanların, qədim yaşayış məskənlərinin, qayaüstü yazıların və digər tarixi abidələrin daha dərindən tədqiqi və mühafizəsində AMEA institutlarının dəstəyinə böyük ehtiyac olduğu vurğulanıb.
LREM-in baş direktoru təşkilatın nəşr fəaliyyəti barədə də məlumat verib. O qeyd edib ki, 2021-ci ildə LREM-in əməkdaşları tərəfindən 4 kitab, 25 məqalə (17-si xaricdə indeksləşən jurnallarda), 5 tezis nəşr olunub. O, regionda fəaliyyət göstərən elm və təhsil müəssisələri, xüsusən Lənkəran Dövlət Universiteti ilə elm və təhsil sahəsində əlaqələrdən və digər məsələlərdən danışıb.
Təqdimatın sonunda LREM-in elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər verilib və bir sıra problemlər haqda müzakirələr aparılıb.
Professor Fərman Quliyev öz çıxışında, həmçinin Azərbaycanın cənub-şərq bölgəsinin nadir, endemik, relikt, itmək təhlükəsində olan bitki müxtəlifliyinin toplandığı Nəbatat Bağının yaradılmasının məqsədəmüvafiqliyinə diqqət çəkib.
Hesabat məruzəsindən sonra geniş müzakirələr aparılıb. Sonda akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq bir sıra məsələlərə öz münasibətini bildirib, 2021-ci ildə LREM-də aparılmış elmi-tədqiqat işlərini və rəhbərliyin fəaliyyətini müsbət qiymətləndirib.
İclasda LREM-in 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin mühüm yekunları ilə bağlı hesabatın AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılması barədə qərar qəbul edilib.
Daha sonra mərkəzin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialının ərazisində genefond və seleksiya tədqiqatları üçün ayrılmış sahəsində aparılan işlərə baxış keçirilib.
Səfərin sonunda keçirilən görüşdə LREM tərəfindən region üçün çox vacib tədqiqatlar aparıldığına və bir sıra mühüm nəticələr əldə edildiyinə bir daha diqqət çəkilib. Bu tədqiqatların davam və inkişaf etdirilməsi, əhatə dairəsinin daha da genişləndirilməsi üçün mərkəzin bina, laboratoriya, sahə və kadrlarla bağlı problemlərinin həllinin məqsədəuyğunluğu vurğulanıb.
Tehsil-press.az