AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Kürdəmir regional “ASAN xidmət” mərkəzi ilə birgə Gənclər Günü münasibətilə şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirib.
Şəhid ailələri, qazilər, Vətən müharibəsində döyüşmüş gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əvvəlcə Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, onlara dövlətçiliyimiz, inkişafımız, rifahımız naminə sağlam və xoşbəxt gələcək arzulayıb.
O, 44 günlük Vətən müharibəsi zamanı gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaətlərdən bəhs edib, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyi tarixi Qələbədən söz açıb: “Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərlik hissi əməldə sübut olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Ordumuzun sıralarında gənclərimizin tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir”.
Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Yaqut Bahadurqızı Ulu Öndərin gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini vurğulayıb.
Tədbirdə Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov çıxış edərək bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyətcə yeni mərhələsini yaşadığını, Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini bildirib. O, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs edərək, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkanların bu sahəyə diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
Daha sonra şəhid ailələrinin üzvləri Müşkünaz Əliyeva, Saleh Kərimov, Natiq Novruzov, Şövqiyə Azayeva, qazi Vüsal Mahmudov, döyüşçü Tural Seyidov, Cümə məscidinin imamı Aqil Əliyev rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin adlarını tarixin ən yeni səhifələrinə qızıl hərflərlə yazdıqlarını bildirib, onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, xalqımızın 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşduğunu vurğulayıblar.
Sonda “Emil” ritm qrupunun və məktəblilərin vətənpərvərlik mövzusunda hazırladığı kompozisiyalar təqdim olunub. Tədbirdə Əməkdar artist Elnarə Abdullayeva vətənpərvərlik mövzusunda musiqilər ifa edib.
Tehsil-press.az