Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Qazprom” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Rektor M.Babanlı qonaqlara ADNSU-nun tarixi, tədris prosesi, əcnəbi tələbələr, beynəlxalq əməkdaşlıq və Fransa-Azərbaycan Universiteti ilə bağlı ətraflı məlumat verib. O, “Qazprom” şirkəti ilə əməkdaşlığın qurulması və genişləndirilməsi üçün görüləcək işlərdən danışıb. Görüşdə dənizdə qazın çıxarılması, ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda kadrların hazırlanması, həmçinin birgə tədqiqat işlərinin aparılması, şirkətin əməkdaşlarının universitetdə ikinci ali təhsilə cəlb edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
“Qazprom”un nümayəndə heyətinin rəhbəri Andrey Balobin ADNSU ilə əməkdaşlığa böyük önəm verdiklərini, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib. Görüşdə, həmçinin gələcək işlərdə ”Qazprom” şirkətinin təcrübəsinin universitet üçün səmərəli ola biləcəyi vurğulanıb.
Daha sonra Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda 22 istiqamət olmaqla hər bir istiqamət üzrə mövzu və müddətə görə müxtəlif kurslar haqqında videoçarx nümayiş olunub.

ADNSU-nun Mətbuat Xidməti