Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirir.
İstanbul Universitetində bu ali məktəbin Ədəbiyyat fakültəsi, Azərbaycan İlahiyyat İnstitutu, Türk Ocaqları İstanbul şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ilk tədbirdə “Geriyə baxma” kitabının təqdimat mərasimi olub.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən İstanbul Universiteti Ədəbiyyat fakültəsinin şöbə müdiri professor Fatih Sancaktar Xocalı faciəsindən bəhs edib. O, ermənilərin törətdiyi soyqırımında günahsız insanların xüsusi amansızlıqla qətlə yetirildiyini deyib. Qeyd edilib ki, dünya ictimaiyyəti tərəfindən Ermənistanın hərbi-siyasi təcavüzü ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətləri təcavüzkarın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tarix boyu ermənilərin türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.
Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Xocalı qırğınının dəhşətindən bəhs edib. O, bu qanlı hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.
“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova müəllifi olduğu “Geriyə baxma” kitabı haqqında məlumat verib. Qeyd edilib ki, əsər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 nəfər qətlə yetirilib. Kitabda bu insanların faciəli həyatı öz əksini tapıb.
Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ Azərbaycandır” sənədli filmi nümayiş olunub.
Tehsil-press.az