Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin təmsil olunduğu nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Təhsil İnstitutu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, AzTU-da təhsil alan “SABAH magistratura” proqramının tələbələrinin limanın Təlim mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən Rüfət Əzizov, Vilayət Vəliyev və limanın baş direktorunun müavini Söhrab İsmayılov ali təhsil müəssisəsi-biznes əməkdaşlığının akademik təhsil müddəti zamanı tələbələrin həm də iş həyatına hazırlanmasına, peşəkar gənc kadrların yetişməsinə, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialının möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
AzTU-nun “SABAH magistratura” tələbələri üçün təşkil olunacaq “Dəniz nəqliyyatı və liman logistikası” adlı təlim nəzəri və praktiki hissədən ibarət olmaqla ümumilikdə 2 həftə davam edəcək. Limanın Təlim mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən nəzəri hissə AzTU-da, praktiki hissə isə Ələt qəsəbəsində yerləşən limanda keçiriləcək.
Nümayəndə heyəti təlim proqramları çərçivəsində tələbələrin təcrübə keçəcəyi limanın terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib.
Tehsil-press.az