Xarici mütəxəssis ADU-da müəllimlərin innovativ üsullardan effektiv istifadə imkanlarından danışıb

Xarici mütəxəssis ADU-da müəllimlərin innovativ üsullardan effektiv istifadə imkanlarından danışıb Azərbaycan Dillər Universitetində (ADU) Təlimdə innovasiyalar kafedrasının təşəbbüsü ilə xarici mütəxəssis Nensi Akls “Xarici dil müəllimləri təhsildə müsbət dəyişikliklərin liderləri kimi” mövzusunda təqdimat keçirib.
Təqdimat zamanı xarici mütəxəssis dərs prosesində ingilis dili fənnini tədris edən müəllimlərin digər fənn müəllimləri ilə müqayisədə daha çox innovativ üsullardan istifadə etmək imkanlarının olduğunu faktlarla izah edib. O, həmçinin bu imkanlardan effektiv istifadə yollarından bəhs edib.
İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar mövzu ilə bağlı fikirlərini bildirib və müxtəlif tapşırıqları qrup şəklində yerinə yetiriblər.
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti ilə ABŞ Dövlət Departamenti arasında akademik əməkdaşlıq çərçivəsində Fulbrayt təqaüd proqramı üzrə xarici mütəxəssis Nensi Akls fevralın 14-dən iyunun 14-dək universitetdə təlimlərin təşkili, sillabus və fənn proqramlarının tərtib olunmasına dəstək məqsədilə Təhsil II fakültəsinin nəzdində Təlimdə innovasiyalar kafedrası və Keyfiyyətin təminatı və monitorinq şöbəsinə təhkim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər