UFAZ-da Geologiyaya həsr olunmuş simpozium

UFAZ-da Geologiyaya həsr olunmuş simpozium Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Geologiyaya həsr olunmuş simpozium keçirilib.
Tədbirdə SOCAR-ın Geoloji və Geofiziki Kompilyasiyalar departamentindən doktor Bəylər Aslanov “Yevlax-Ağcabədi Mezozoy çöküntüləri - neft və qaz perspektivləri”, Strasburq Yer və Ətraf Mühit İnstitutundan doktor Matyu Şuster “Küləklə idarə olunan göllər: böyük göllərdə terrigen çöküntülərin köçürülməsində və paylanmasında küləyin rolu” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Simpozium canlı yayımlanıb və Strasburq Universitetinin professor və müəllimləri diskussiyalarda iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər