UFAZ-da tədrislə bağlı məsələlər müzakirə olunub

UFAZ-da tədrislə bağlı məsələlər müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) pedaqoji kollektivi ilə görüşüb.
UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Elizaveta Bıdanovanın da iştirak etdikləri görüşdə cari tədris ilinin 2-ci semestrində tədrislə bağlı məsələlər və yerli müəllimlərin ixtisasartırması, pedaqoji təkmilləşdirilməsi məsələləri geniş müzakirə olunub.
Sonra müəllimlərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər