Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Təranə Hüseynbalayeva Qüdsün İbri Dili Universitetinin nəzdində fəaliyyət göstərən “Yəhudi mədəniyyəti və İbri dilinin dünya universitetlərində tədrisi Beynəlxalq Mərkəzi” tərəfindən “Ali məktəblərdə ibri dilinin xarici dil kimi tədrisində innovativ metodlar” mövzusunda təşkil olunan illik beynəlxalq seminarda iştirak edib.
Seminarın əsas istiqaməti nəzəri yanaşma, praktiki tətbiqetmə və məsafədən təhsil, virtual auditoriyada xarici dilin kommunikativ metodlarla tədrisindən ibarət olub. Tədbirə otuza yaxın ölkənin universitetlərindən ibri dili müəllimləri qatılıb, dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri mühazirə söyləyib, dünya təcrübəsi təhlil edilib.
Seminarda iştirak edən hər müəllim məsafədən tədris metodları ilə bağlı təcrübələrini bölüşüb, öz dərslərindən nümunələr təqdim edib. Məsafədən tədris prosesində istifadə olunan ən yeni dərs vəsaitləri haqqında biliklər paylaşılıb.
Tehsil-press.az