BDU-da elmi seminarda torpaqların müasir ekoloji vəziyyətindən danışılıb

BDU-da elmi seminarda torpaqların müasir ekoloji vəziyyətindən danışılıb Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində onlayn elmi seminar keçirilib.
Seminarda fakültənin professor-müəllim heyəti, doktorantlar, magistrlər iştirak ediblər.
Tədbirdə Bioekologiya kafedrasının doktorantı Səbinə Cəfərzadənin “Böyük Qafqazın şimal-şərq hissəsinin Pyrus L. cinsi növlərinin in situ və ex situ şəraitində ekobioloji xüsusiyyətləri” və Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının doktorantı Günel Əliyevanın “Gilgilçay hövzəsi torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzularında məruzələri dinlənilib.
Səbinə Cəfərzadə məruzədə Böyük Qafqazın şimal-şərq hissəsində yabanı armud növlərinin in situ və ex situ şəraitində ekobioloji xüsusiyyətlərini elmi cəhətdən əsaslandırıb, tədqiq olunan bitkilərin taksonomiyası, xarakteristikası və bioekoloji xüsusiyyətləri, tədqiq olunan bitkilərin çoxalma xüsusiyyətləri, onların abiotik və biotik amillərə qarşı münasibətindən bəhs edib.
Günel Əliyeva Gilgilçay hövzəsi torpaqlarının müasir ekoloji vəziyyətindən danışıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər