Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə “Miqrasiya proseslərinin tətbiqi” İctimai Birliyinin sədri, doktor Fəridə Hicran Vəliyevanın “44 günlük müharibədən sonra” adlı layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BAK-ın sədri Elsevər Məmmədov görüşü giriş sözü ilə açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik, fədakarlıqdan söz açıb.
Sonra doktor Fəridə Hicran Ordumuzun və xalqımızın göstərdiyi birlikdən bəhs edərək doğma işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsindən danışıb. Erməni işğalı müddətində Qarabağın şəhər və kəndlərinin yerlə yeksan olunmasından, tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə söz açan Fəridə Hicran Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasət, hərbi uğurlar barədə geniş məlumat verib. Bildirib ki, şanlı Qələbəmiz çıraq kimi bütün həsrətli qəlblərin məlhəmi olmuş, xalqımıza Vətən torpağına qayıdış sevincini yaşatmışdır.
Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minnətdarlığını ifadə edən Fəridə Hicran xaricdə yaşayan həmvətənlərimizə də göstərdikləri dəstək və fədakarlığa görə təşəkkürünü bildirib.
Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyaya səs saldığını vurğulayan Fəridə Hicran, həmçinin Vətənimizin təbliğatının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və Niderlandda fəaliyyət göstərən bütün icma üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonra görülən işlərdən danışaraq, həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışdığını, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə və lazımi təşkilatlara layiqincə çatdırıldığını vurğulayıb.
Tehsil-press.az