Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır.
Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"Biz Qarabağda gərginlik barədə xəbərlərdən narahatıq. Biz gərginliyin azaldılması üzrə üçtərəfli formatda və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayırıq", - deyə S.Cüjarrik bildirib.
O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.
Tehsil-press.az