Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycan Respublikasında arxiv işinin təşkili” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulov mövzu ilə bağlı məruzə edib. O, arxiv anlayışını, sözün etimoloji mənasını izah edib, arxivçilik tarixinə nəzər salıb, işin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, bir xalqın, dövlətin tarixini, keçmişini yalnız arxivlərdə öyrənmək və tədqiq etmək mümkündür. Dövlətin keçmişindən gələcəyinə uzanan davamlılığı təmin etmək üçün tarixi missiyanın daşıyıcısı olan arxivlərin fəaliyyətinin düzgün təşkili dövrün başlıca tələbidir. Çünki arxivsiz tarix, tarixsiz elm, elmsiz isə tərəqqi yoxdur.
Ə.Rəsulov ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Məruzədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sovet hakimiyyəti illərində arxiv işinin təşkili, bu sahənin müstəqillik dövründəki inkişafı barədə ətraflı məlumat verilib, arxiv işi sahəsində beynəlxalq əməkdaşlıq diqqətə çatdırılıb. Azərbaycan Respublikasında arxiv işinin qanunvericilik bazası, dövlət arxivləri sistemi, arxivşünaslıq elminin predmeti, sənəd anlayışı, arxiv sənədi və onun idarə olunması, arxiv fondu, komplektləşdirmə mənbələri, sənədlərin saxlanma müddətləri kimi mühüm mövzulara toxunulub, siyahı, saxlanma vahidi kimi anlayışlar şərh olunub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs edən məruzəçi bildirib ki, hazırda qarşıda duran əsas hədəflərdən biri arxiv işi sahəsində rəqəmsallaşdırma prosesinin həyata keçirilməsidir.
44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən ərazilərimizdə dağıdılmış, yandırılmış arxiv infrastrukturunun yenidən və müasir standartlar səviyyəsində bərpa olunmasının da prioritet istiqamət olduğu diqqətə çatdırılıb.
Ə.Rəsulov ölkənin arxiv infrastrukturunun idarə edilməsində, tədqiqatçılara peşəkar arxiv xidmətlərinin göstərilməsində BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bu sahədə çalışan məzunlarının rolunu vurğulayıb. Bildirilib ki, gələcəkdə bu rol daha da artacaq.
Sonra professor Əsgər Rəsulov dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.
Tehsil-press.az