Aşpazlıq üzrə milli müsabiqədə uğur qazanan iştirakçılar təlim-təcrübə proqramına cəlb olunublar

Aşpazlıq üzrə milli müsabiqədə uğur qazanan iştirakçılar təlim-təcrübə proqramına cəlb olunublar Aşpazlıq üzrə Milli müsabiqədə uğur qazanan iştirakçılar “WorldSkills Shanghai 2022” beynəlxalq yarışında iştirak üçün təlim-təcrübə proqramına cəlb olunublar.
Onlar “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində ödənişsiz əsaslarla 6 aylıq hazırlıq proqramına yiyələnəcəklər.
Təlim-təcrübə proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər