Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib.
Tədbirdə “Şuşa İli” çərçivəsində yazıçının Qarabağ, xüsusən Şuşa şəhəri ilə bağlı əsərlərinin təqdimatı və fakültədə “Kitab klubu”nun açılışı olub.
Fakültənin dekanı Aydan Xəndan yazıçı-publisist Günel Anarqızının yaradıcılığından danışıb.
Şərqşünaslıq fakültəsinin məzunu olan Günel Anarqızı doğma universitetdə olmaqdan məmnunluğunu ifadə edib, təhsil aldığı illər barədə xatirələrini bölüşüb, rəhbərlik etdiyi Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışıb. O, silsilə “Qarabağ hekayələri”, Vətən müharibəsi dövründə qələmə aldığı ədəbi nümunələrdən bəhs edib.
Tədbirdə Günel Anarqızının “Sərhədsiz səma” radiopyesi səsləndirilib.
Sonra əsərin kompozisiya xətti, ideya istiqamətləri və məzmunu barədə fikir mübadiləsi aparılıb.
G.Anarqızı universitet və fakültə kitabxanalarına müəllifi olduğu kitabları hədiyyə edib. O, tələbələri Bakı Kitab Mərkəzinə dəvət edib, oradakı kitablardan və yaradılmış şəraitdən istifadənin onların intellektual inkişafı baxımdan faydalı ola biləcəyini bildirib.
Tehsil-press.az