Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı və Almaniyanın ölkəmizdəki səfirliyinin xətti ilə “Nizami həftələri” layihəsi çərçivəsində elmi seminar keçirilib. Seminarda Köln Universitetinin şərqşünaslıq üzrə professoru, islamşünas və tərcüməçi Stefan Veidner mühazirə oxuyub.
Tədbirdə bu ali məktəbin rektoru Elçin Babayev, Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt, səfirliyin əməkdaşları, universitetin Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, tələbələri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.
Seminarda BDU-nun rektoru Elçin Babayev çıxış edərək Köln Universitetinin professoru Stefan Veidnerin mühazirəsinin dahi Nizami Gəncəvi irsinə dünya miqyasında marağın təzahürü olduğunu, dünyada, xüsusilə Avropada mütəfəkkir şairin yaradıcılığının geniş tədqiq edildiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb, dünya və Şərq ədəbiyyatında dahi şairin mövqeyinin yenidən öyrənilməsi, araşdırılması və təbliğinin vacibliyini vurğulayıb.
Eyni zamanda, BDU ilə Almaniyanın elm və təhsil müəssisələri arasında yüksək səviyyəli əməkdaşlıq, ikili diplom proqramları haqqında məlumat verən rektor, bu əlaqələrin genişləndirilməsinin perspektivlərindən, yeni layihələrin hazırlandığından söhbət açıb.
Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt birgə mədəni və elmi tədbirlərin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyini, “Nizami həftələri” tədbirlər silsiləsinin alman ədəbiyyatı ilə müqayisəli şəkildə aparıldığını qeyd edib.
Köln Universitetinin professoru Stefan Veidner “Şərqşünaslığa yenidən baxış. Niyə Şərq ideyası hələ də faydalıdır” mövzusunda məruzəsində Nizaminin Avropada tədqiqi, onun Qərb ölkələrində yaşamış yazıçı və şairlərə təsiri, tərcümə məsələləri, Şərq və Qərb ədəbi ənənələrinin mübadiləsi, təsirlər və əlaqələrin inkişaf xətti, son əsrlərdə ədəbi əlaqələrinin təsir dairəsi, Qurban Səid və digər yazıçıların əsərlərinin Qərb düşüncəsinə təsiri və s. barədə danışıb.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Azərbaycan şərqşünaslıq məktəbinin ənənələrindən söz açıb. Almaniya universitetlərində Şərqşünaslıq fakültələri ilə əlaqələrin qurulması istiqamətində görülən işlərdən danışıb, bu əlaqələrin qurulmasının iki ölkənin elm və təhsilinə töhfə verəcəyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az