BDU-da seminar: Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti

BDU-da seminar: Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Zoologiya və fiziologiya kafedrasının dosenti Anar Məmmədovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bioekologiyasının monitorinq yolu ilə öyrənilməsi, çoxparametrli bioekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunması yollarından bəhs olunub.
A.Məmmədov ölkəmizdə qızılquşkimilərin keyfiyyət və kəmiyyət göstəricilərinin çoxillik ekoloji dinamikasını, oturaq, reproduktiv, qışlayan, yem üçün gələn və miqrant populyasiyalarının müəyyən edilməsi metodlarını izah edib. O, Azərbaycanın zoocoğrafi sahələrində qızılquşkimilərin azalma və əhalidən uzaqlaşma səbəblərinin müəyyən edilməsi yollarına diqqət çəkib.
Məruzəçi qeyd edib ki, 17 ornitocoğrafi sahədə təqdim edilən populyasiyaların məskunluğu və ekoloji qiymətləndirilməsi quruda yaşayan onurğalılar üzrə də keçərlidir.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər