Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Tədqiqatlar Mərkəzinin Tətbiqi Tədqiqatlar bölməsinin müdiri, dosent Gülşən Novruzova və bölmənin kiçik elmi işçisi Əlvan Cəfərov Türkiyənin Ankara şəhərində ezamiyyətdə olublar.
Səfərin məqsədi Ankaranın Hacettepe Universitetinin ədəbiyyat, Qazi Universitetinin təhsil fakültələrində filologiya ixtisası üzrə pedaqoji kadr hazırlığı işində Türkiyə təcrübəsini öyrənməkdən ibarətdir.
Səfər müddətində Hacettepe və Qazi universitetlərində tədris prosesinin təşkili məsələləri ilə bağlı müzakirələr aparılıb, əməkdaşlar bir sıra dərslərin tədrisi prosesində müşahidəçi qismində iştirak ediblər. Hər iki universitetdə dəyirmi masa təşkil olunub.
Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Mehmet Öz qonaqları fakültədə tədris olunan fənnlər barədə məlumatlandıraraq dərslərin Avropa təhsil sisteminə uyğun tədris olunduğunu bildirib.
Qazi Universitetinin təhsil fakültəsinin dekanı, professor Mahmut Selvi ilə Türkiyənin təhsil təcrübəsinin öyrənilməsi yönündə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az