AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri Səfər Aşurov və elmi işçisi İlahə Nehmətova, Orta əsrlər şöbəsinin elmi işçisi Namiq Hüseynli, Antik dövr arxeologiyası şöbəsinin elmi işçiləri Cavid Bayramov, Nərmin Məmmədli, Nərmin Bayramova və Lola Hüseynova, Eneolit və erkən tunc dövrü şöbəsinin elmi işçisi Əjdər Babazadə, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Gunay Bayramova, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin İhsan Doğramacı adına Bilkənt Universitetində elmi ezamiyyətdə olublar.
Ezamiyyətin əsas məqsədi elmi-tədqiqat, bilik mübadiləsi, elmi seminarların keçirilməsi və gənc alimlər üçün təlimlərin təşkili olub. Alimlərimiz Bilkənt Universitetinin Arxeologiya bölümündə elmi seminarlarda iştirak ediblər. Seminar Arxeologiya bölümünün tarixəqədərki bölməsinin rəhbəri dosent Tomas Zimmermann tərəfindən keçirilib. İlk seminarda T.Zimmermann Türkiyədə aparılan arxeoloji araşdırmalardan geniş şəkildə bəhs edib. Azərbaycan arxeoloqları türkiyəli həmkarları ilə öz təcrübələrini bölüşüblər. Elmi seminar suallar və diskussiya ilə tamamlanıb.
İkinci elmi seminar iki hissədən ibarət olub. Birincisi Anadoluda metalişləmə, ikincisi isə Troya qazıntıları və onun nəticələri haqqında idi. Mühazirələr elmi diskussiyalar və suallarla yekunlaşıb.
Layihə iştirakçıları universitetin Arxeologiya bölümünün professoru Maria Henriette Qeytsin emalatxanasında Kinet Höyük keramikaları ilə tanış olublar. O, iştirakçılara keramikanın tədqiqat üsulları barəsində məlumat verib.
AMEA-nın əməkdaşları Hacettepe Universitetinin nəzdində yerləşən Antropologiya bölümündə elmi görüş keçiriblər. Zaur Həsənovun bildirdiyinə görə, bölümün rəhbəri professor Yılmaz Səlim Erdal institutun əməkdaşlarına antropologiya və onun elmi əsası haqqında geniş məlumat verib. Professor, həmçinin Hacettepe Universitetinin nəzdindəki Skelet biologiyası laboratoriyası, onun iş prinsipləri, analizlərin aparılması, toplanılması və elmi dövriyyəyə daxil edilməsindən söhbət açıb. Layihə iştirakçıları Hacettepe Universitetində fəaliyyət göstərən Genetika laboratoriyasına da baş çəkiblər.
Alimlərimiz Ankara muzeylərinin arxeoloji kolleksiyaları ilə tanış olub, Bilkənt Universitetinin kitabxanasında tədqiqat apardıqları mövzular üzrə ədəbiyyat toplayıblar.
Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri Zaur Həsənovdur.
Tehsil-press.az