BDU-nun beş məzunu Almaniyanın DAAD təqaüdünü qazanıb

BDU-nun beş məzunu Almaniyanın DAAD təqaüdünü qazanıb Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı magistr və doktorantlara 2020-ci il üçün ayrılmış təqaüdlər təqdim edilib. Bu il DAAD fərdi proqramları çərçivəsində Azərbaycanda istedadlı tələbə və tədqiqatçılara 23 magistr və 9 tədqiqat təqaüdü verilib ki, onlardan 5 təqaüdçü Bakı Dövlət Universitetinin (BDU) məzunlarıdır.
Adobe Connect platforması üzərindən onlayn qaydada təşkil olunan mükafatlandırma mərasimində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri iştirak edib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək elm və təhsil sahələrində Azərbaycan-Almaniya münasibətlərinin hazırki yüksək səviyyəsinə görə Alman Akademik Mübadilə Xidmətinin xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq elmi mübadilə və həmçinin birgə elmi layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. Rektor dost ölkədə təhsil alacaq və tədqiqat aparacaq təqaüdçülərə uğurlar arzulayıb.
DAAD tərəfindən BDU məzunları - Fatimə Dəmirli, Günay Osmanova, Murad Talıbov magistr təhsili təqaüdü, Səbinə Fərzəliyeva və Elmir Xəlilov doktorantura təhsili təqaüdü alıblar.

Tehsil-press.az


Oxşar xəbərlər