Nazir: Distant təhsil proqramı keyfiyyət təminatı sistemindən keçməlidir

Nazir: Distant təhsil proqramı keyfiyyət təminatı sistemindən keçməlidir Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant təhsil proqramı yoxdur. Bu istiqamətdə aidiyyəti qurumlarla və əsasən qanunvericilik bazasının formalaşması istiqamətində Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Bu məsələ dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində həll olunmalıdır.

Tehsil-press.az


Oxşar xəbərlər