Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sapphire” hotellər qrupunun baş icraçı direktoru Elçin Zeynalabdin Mirzə ilə görüş keçirilib.
Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın iştirak etdikləri görüşdə ali təhsil müəssisəsində beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu bildirilib.
Görüşün sonunda ATMU və “Sapphire” hotellər qrupu arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün praktik dərslər, müxtəlif təlimlərin təşkili və s. istiqamətlər üzrə razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər