Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İş dünyasının açarı-uğurlu CV-ni necə hazırlamalı?” mövzusunda onlayn təlim keçirilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun İnsan resursları sektorunun meneceri, insan resursları və təlim sahəsində geniş fəaliyyəti ilə fərqlənən Ülviyyə Qasımzadə uğurlu CV yazılmasının qaydaları, CV-lərdə vacib və qeyri-vacib məqamlar, dizayn və s. məsələlərə aydınlıq gətirib. Tanınmış ekspert mükəmməl və müasir formatda tərtib edilən CV-nin işə qəbul şansının və məşğulluq probleminin müsbət həllində başlıca amil kimi dəyərləndirib, tələbələrin suallarını cavablandırıb.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə tələbə və məzunlar iştirak ediblər.
Tehsil-press.az