Beynəlxalq konfransda “Qarabağda vandalizmə məruz qalmış tarixi abidələrimiz” mövzusunda məruzə dinlənilib

Beynəlxalq konfransda “Qarabağda vandalizmə məruz qalmış tarixi abidələrimiz” mövzusunda məruzə dinlənilib AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Aynurə Məmmədova Əskişəhərdə keçirilmiş “Şuşa: Zəfərin təntənəsi” adlı XXVI beynəlxalq elmi konfransa onlayn formatda qoşulub.
A.Məmmədova konfransda “Qarabağda vandalizmə məruz qalmış tarixi abidələrimiz” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Qarabağda erməni vandalları tərəfindən dağıdılan dini tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları haqqında geniş məlumat verib, onların yenidən təmir və bərpası ilə bağlı görülən işlərdən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər