Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib.
“Tələbə seminarları” layihəsi çərçivəsində İlahiyyat fakültəsinin IV kurs tələbəsi Orxan Abışlı “Bədən dili: şüuraltının sirləri” mövzusunda çıxış edib. Məruzəçi şüur və şüuraltının fərqini izah edərək, onların həyatımıza təsiri barədə danışıb.
O.Abışlı daha sonra insanın duyğu və düşüncələrinin əks olunmasında bədən dilinin önəmini izah edib. Ünsiyyətdə əsas prinsiplər, ünsiyyət zonaları, salamlaşma növləri, bədən dilinin universallığı barədə ətraflı təqdimatla çıxış edib. İnsanı güclü və zəif göstərən hərəkətlər barədə fikirlərini ifadə edən Orxan Abışlı iştirakçılarla birlikdə onların bədən dilindəki xarakterik xüsusiyyətlərini müəyyənləşdirib.
Seminar müzakirələrlə davam edib.
Qeyd edək ki, “Tələbə seminarları” layihəsinin məqsədi gənclərin bilik səviyyələrinin, bacarıq imkanlarının nümayiş etdirilməsi, elmi fəaliyyətə maraqlarının artırılması, bu yöndə onların fəallığına nail olmaqdır.
Tehsil-press.az