Dünən Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirilib. Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komitəsinin sabiq sədri Hişmətulla Fəlahətpişə Trend-ə açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad zirvə toplantısı müsbət nəticələrə səbəb ola bilər. Çünki bu ölkələr arasında əlaqələr münasib səviyyədədir. Bu baxımdan qeyd olunan ölkələr bir sıra razılaşmalar əldə edə bilərlər:
“Son dövrlərdə İran hökuməti Mərkəzi Asiya ölkələri, Qafqaz ölkələri ilə, əsasən də qonşu ölkələrlə siyasi və iqtisadi münasibətlərini daha da yaxşılaşdırıb. İran hökuməti Xəzəryanı ölkələrlə regional əməkdaşlığı prioritet seçib. Bunun nəticəsi olaraq son bir il ərzində İranla Mərkəzi Asiya və Qafqaz ölkələri arasında müxtəlif sahələr üzrə heyətlərin gediş-gəlişləri və əlaqələrin yüksəldilməsinin ötən 10 ildə analoqu olmayıb. Bu isə İranın bölgə dövlətləri ilə əməkdaşlığa üstünlük verdiyini əks etdirir.
Xəzəryanı ölkələr arasında əməkdaşlıq istiqamətində regional mübadilələr üzrə infrastrukturların yaradılması və təhlükəsizliyin artırılması üzrə iki önəmli məsələ vardır. Bu məsələlər Xəzəryanı ölkələr arasında əlaqələr səviyyəsinin daha da yüksəlməsi ilə nəticələnə bilər. Regional mübadilələr üzrə infrastrukturların yaradılmasına gəldikdə, 5 sahilaynı ölkə arasında dəmiryolu xətlərinin yaradılması, ikitərəfli və çoxtərəfli enerji mübadiləsi üçün boru xətlərinin çəkilməsi bu əlaqələrin inkişafına daha da təkan verə bilər. Aşqabad zirvə toplantısı bu baxımdan əhəmiyyətlidir ki, ölkələr müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahələrində addımlar ata biləcəklər.
Bundan əlavə prezidentlər səviyyəsində ikitərəfli görüşlər də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verə bilər”, - deyə o qeyd edib.
Tehran Universitetinin regional araşdırmalar üzrə professoru İlahə Kulayi Trend-ə açıqlamasında bildirib ki, Xəzər dənizinin yerləşdiyi coğrafiya sahilyanı ölkələrə faydalı və konstruktiv münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün münasib imkanlar yaradıb. Xəzər dənizi ölkələr arasında konstruktiv imkanları tələb edir. Belə ki, əsrlər boyu bu dənizin ətrafında yaşayan insanların onun imkanlarından istifadə etdiyi kimi gələcək nəsillər də bu imkanlardan faydalana bilsinlər:
“Ötən illər ərzində Xəzəryanı ölkələrin dövlət başçıları zirvə toplantılarında ortaq mənafeyə əsaslanan məsələlərə xüsusi diqqət yetiriblər. SSRİ dağıldıqdan sonra Xəzər dənizi karbohidrogen ehtiyatları ilə zəngin olduğuna və bu ehtiyatların hasilatının artdığına görə, dünyanın diqqətini özünə daha da cəlb edib. Bu da Xəzəryanı ölkələrin məsuliyyətini daha da artırıb.
Çünki Xəzər dənizi bir tərəfdən göl hesab olunduğuna və çirkləndiricilərin bu hövzədən çıxışına heç bir yol olmadığına görə, ölkələrin bu sahədə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ətraf mühitin qorunması prioritet sayılır. Tranzit və yükdaşıma üzrə Xəzəryanı ölkələrin əməkdaşlığı onların ortaq mənafeyinə xidmət edəcək. Xəzəryanı ölkələrin iclaslarında önəmli olan məsələ ölkələrin uzunmüddətli mənafe və milli mənafe ilə yanaşı regional mənafe istiqamətində hərəkət etmələridir”, - deyə o bildirib.
İranın Gülüstan vilayətinin sabiq valisi Hadi Haqşünas Trend-ə açıqlamasında qeyd edib ki, Xəzər dənizi Xəzəryanı ölkələr üçün iqtisadi baxımından, xüsusilə neft-qaz hasilatı, kənd təsərrüfatı məhsullarının daşınması və məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdə olan ölkələrdir. Bu baxımdan bu ölkələrdə böyük potensiallar mövcuddur. İran Xəzəryanı ölkələrlə iqtisadi cəhətdən müştərək mənafe yaratmaq istiqamətində hərəkət edə bilər.
Tehsil-press.az