Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXIII Baş Assambleyasının növbəti iclasında iştirak edib.
“Turizm XXI əsrdə: inkişaf problemləri” mövzusuna həsr olunan bölmə iclasında N.Quliyevin “Azərbaycanda turizm sənayesinin müasir durumu və inkişaf problemləri”nə dair təqdimat-çıxışı iştirakçılar tərəfindən maraqla dinlənilib.
Beynəlxalq tədbirdə ATMU-ya “Xəzəryanı ölkələrdə qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsində xarici təcrübənin tətbiqi” mövzusunda elmi konfransın keçirilməsi təklifi tövsiyə olunmaqla bərabər, ənənəvi beynəlxalq sərginin təşkilinə cavabdehlik qərarı da açıqlanıb. Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan nümayəndələrinin yekdil qərarına əsasən tədbir çərçivəsində Qazaxıstan universitetləri və Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyası arasında müqavilə imzalanıb.
Tədbir çərçivəsində iştirakçılar Qazaxıstan Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin kampusu və struktur bölmələrinin fəaliyyəti ilə tanış olublar.
Tehsil-press.az