Xəzər Universitetinin professor-müəllim heyəti Şəki-Zaqatala regionunda elmi ezamiyyədə olub

Xəzər Universitetinin professor-müəllim heyəti Şəki-Zaqatala regionunda elmi ezamiyyədə olub Xəzər Universiteti Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi və baytarlıq təbabəti üzrə koordinatoru Ayaz Məmmədov, Sənət və texnologiya yüksək təhsil fakültəsinin magistratura üzrə dekan müavini dosent Məhəmməd Eldarov Şəki-Zaqatala regionunda ezamiyyətdə olublar.
Əməkdaşlar həmin regionda heyvandarlıq sahəsi üzrə fəaliyyət göstərən fermerlər və eyni zamanda istehlakçılar arasında heyvanların rifahı haqqında təsəvvürləri öyrənmək üçün sorğu aparıblar.
Tədqiqat işinin digər regionlarda da davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Xəzər Universiteti İsveçin “Baltik dənizi regionunda heyvanların rifahı” adlı layihəsində iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər